Qanlı Göl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanıldı
Qanlı gölün bütün sahili boyunca piyada və velosiped yolları salınacaqQanlı Gölün yeni həyatı: “Kristal” göl ətrafını müasir istirahət məkanına çevirəcək.
Bakının Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası “Kristal” şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti yollarının, idman və istirahət məkanlarının yaradılmasını nəzərdə tutur.
Uzun illər baxımsız vəziyyətdə qalan ərazinin müasir şəhər parkına çevrilməsi istiqamətində nəzərdə tutulan layihə artıq icra mərhələsinə keçib. Hazırlanan layihənin əsas məqsədi bu ərazini sakinlərin gündəlik istifadə edə biləcəyi təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.


Vaxtilə gölə axıdılan məişət tullantı suları, sahilboyu yığılan tullantılar və ərazinin baxımsız qalması burada istirahət imkanlarını məhdudlaşdırırdı. Sonrakı dövrdə aparılan təmizləmə tədbirləri çərçivəsində xüsusi texnikanın köməyi ilə tullantılar ərazidən çıxarılıb, su hövzəsinin çirklənmə mənbələrinin qarşısının alınması istiqamətində işlər görülüb. Yeni abadlaşdırma layihəsi isə göl ətrafının şəhər həyatına daha fəal şəkildə qoşulmasını hədəfləyir.

Layihəyə əsasən, gölün perimetri boyunca fasiləsiz piyada və velosiped yollarının salınması nəzərdə tutulur. Bu yollar sahilboyu gəzinti və istirahət məkanlarını birləşdirəcək, sakinlərə göl ətrafında rahat hərəkət etmək imkanı yaradacaq. Müşahidə platformaları isə su mənzərəsini izləmək və dincəlmək üçün ayrıca məkanlar olacaq.

Ərazidə geniş yaşıllaşdırma işlərinin aparılması, sahil xəttinin möhkəmləndirilməsi və müasir işıqlandırma sisteminin qurulması da planlaşdırılır. Bu həllər parkın həm gündüz, həm də axşam saatlarında rahat istifadəsinə xidmət edəcək.
Aktiv istirahət üçün açıq hava idman zonaları, mini futbol və tennis meydançaları nəzərdə tutulur. Ailəvi istirahət məkanları müxtəlif yaş qruplarından olan ziyarətçilərin birgə vaxt keçirməsinə şərait yaradacaq. Sahil boyunca yerləşdirilməsi planlaşdırılan pavilyon tipli iaşə və xidmət obyektləri isə parkın gündəlik istifadəsini daha rahat edəcək.

Ətrafda yaşayış məhəllələrinin genişlənməsi ilə belə bir ictimai məkanın əhəmiyyəti də artır. Göl ətrafında təşkil olunacaq park yaxınlıqda yaşayan sakinlərə evlərinin yaxınlığında gəzmək, velosiped sürmək, idmanla məşğul olmaq və açıq havada dincəlmək imkanı verəcək. Məkanın bütövlükdə şəhər sakinləri üçün də cəlbedici istirahət ünvanına çevrilməsi gözlənilir.

“Kristal”ın həyata keçirəcəyi abadlaşdırma layihəsi Qanlı Göl ərazisinin təbii mənzərəsini gündəlik şəhər həyatı ilə birləşdirməyi qarşıya məqsəd qoyur. Planlaşdırılan işlər tamamlandıqdan sonra bu ərazi Yasamalın ictimai həyatında yeni yer tutacaq, sakinlərin görüşdüyü və asudə vaxtını keçirdiyi müasir park məkanına çevriləcək.
Layihələrlə bağlı ətraflı məlumat almaq üçün *1544 nömrəsi ilə əlaqə saxlamaq və ya satış ofislərinə yaxınlaşmaq mümkündür.
Ətraflı: *1544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
22 d. əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
26 d. əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
-
1 saat əvvəl
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
- 2 saat əvvəl
-
2 saat əvvəl
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Ən çox oxunanlar
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Noyabrın 18-də gözlənilən hava şəraiti
























