Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu ®
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini - ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşları üçün nəzərdə tutulmuş korporativ və biznes ödəniş kartıdır.
Biznes xərclərini bu kartlarla ödədikdə AZAL-dan uçuş milləri toplanır. Kartın növünə uyğun hesablanmış millər şirkətin və ya əməkdaşın AZAL Miles hesabında yığılır. Həmin milləri aviabiletlərə, uçuş zamanı xidmət sinfini yüksəltməyə, status balına çevirməyə və AZAL Miles proqramının digər xidmətlərinə sərf etmək olur.
Beləliklə, kart şirkətə gündəlik və ezamiyyət xərclərini idarə etməklə yanaşı, uyğun ödənişlərindən qazanmaq imkanı da verir. Şirkət səyahət xərclərini optimallaşdırır, əməkdaşlarsa daha rahat ezamiyyət təcrübəsi əldə edirlər.
ABB AZAL Miles Business kartı 5 il müddətinə təqdim olunur. Kart sahiblərinə 9000-dək Xoşgəldin milləri, Fast Track, hava limanı transferi, Lounge zallara giriş və digər səyahət imtiyazları da verilir. Müştərilər kartın statusuna uyğun olaraq il ərzində bu xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Bu imtiyazlar sayəsində işgüzar səfərlər zamanı növbələrə və gözləməyə sərf olunan vaxt azalır, transfer xidmətləri isə səfəri daha rahat edir.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
22 d. əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
26 d. əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
-
1 saat əvvəl
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
- 2 saat əvvəl
-
2 saat əvvəl
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Ən çox oxunanlar
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Noyabrın 18-də gözlənilən hava şəraiti























