“Etender.gov.az”ın imkanlarının artırılması gündəmdədir
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2026-cı ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında cari ilin yanvar-sentyabr ayları ərzində Agentliyin fəaliyyətinin əsas istiqamətləri üzrə görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran prioritet vəzifələr müzakirə olunub.Dövlət satınalmalarında süni intellektin tətbiqi kollegiya iclasında müzakirə olunub. Kiçik və orta biznesin dövlət satınalmalarında iştirakını artırmaq üçün görülən işlərə baxılıbAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində cari ilin üçüncü rübü ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin təhlilinə, əldə edilmiş nəticələrin qiymətləndirilməsinə və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritetlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə Marja.az Agentliyin yaydığı məlumata istinadən xəbər verir.
Qeyd edilib ki, Agentliyin və Kollegiyanın sədri Elnur Bağırov kollegiya iclasını giriş sözü ilə açaraq hesabat dövründə dövlət satınalmaları, rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsi, keyfiyyət infrastrukturu, dövlət əyar nəzarəti, rəqəmsallaşma və təşkilati inkişaf sahələrində görülmüş işlər barədə məlumat verib.
Kollegiya iclasında əvvəlcə rəqabət siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər nəzərdən keçirilib. Rəqabət mühitinin qorunması, iqtisadi təmərküzləşmələrə nəzarət, haqsız rəqabət hallarının qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və reklam qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət tədbirləri barədə məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illərdə Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
İclasda həmçinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində daxil olan müraciətlərə baxılması, eləcə də müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər nəzərdən keçirilib. İstehlakçıların hüquq və qanuni mənafelərinin qorunması məqsədilə həyata keçirilən geniş maarifləndirmə tədbirləri barədə məlumat verilib.
Kollegiya iclasında keyfiyyət infrastrukturu sahəsində görülmüş işlər də müzakirə olunub. Texniki reqlamentlərin və dövlət standartlarının hazırlanması və qəbulu, akkreditasiya fəaliyyətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlər, malın mənşə ölkəsinin müəyyən edilməsi, əyarlama və damğalama xidmətlərinin göstərilməsi barədə məlumat verilib. Həmçinin metroloji laboratoriya infrastrukturunun genişləndirilməsi, ölçmələrin və kalibrləmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Daha sonra dövlət satınalmaları sahəsində əldə olunan nəticələr nəzərdən keçirilib. Dövlət satınalmaları prosedurlarının səmərəliliyinin yüksəldilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda iştirakının təşviqi, habelə müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının artırılması, istifadəçi təcrübəsinin yaxşılaşdırılması və süni intellektin satınalma proseslərinə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
Bundan əlavə, Agentlikdə elektron xidmətlərin əhatə dairəsinin və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, idarəetmədə innovativ texnologiyalardan istifadənin artırılması məsələləri müzakirə olunub. Xüsusilə, süni intellektin tətbiqinin genişləndirilməsi, məlumatların təhlili və emalı imkanlarının təkmilləşdirilməsi, risklərin vaxtında müəyyən edilməsi, eləcə də mümkün uyğunsuzluqların aşkarlanması istiqamətində rəqəmsal imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.
İclasda eyni zamanda işə qəbul prosesinin səmərəli təşkili, kadr potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və intensiv maarifləndirmə tədbirlərinin davam etdirilməsi məsələləri də nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
22 d. əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
26 d. əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
-
1 saat əvvəl
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
- 2 saat əvvəl
-
2 saat əvvəl
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Ən çox oxunanlar
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Noyabrın 18-də gözlənilən hava şəraiti

























