Xəzər sahilində torpaq zəbtinə qarşı yeni hüquqi mexanizmlər hazırlanacaq
Xəzər sahilində torpaq və tikililər rəqəmsal xəritəyə salınacaq.Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı müvafiq Fərman imzalayıb. Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil.
Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, son illərdə Xəzər dənizinin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi, habelə Xəzər dənizinin geri çəkilməsi bu sahədə dövlət idarəetməsinin və gündəmə gələn ərazi planlaşdırılması məsələlərinin müasir çağırışlara uyğun, daha çevik və əlaqələndirilmiş şəkildə təşkilini zəruri edib. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2026-cı il tarixli Fərmanına əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına aid sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.
Fərmana əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.
Yeni yanaşmanın əsas məqsədi torpaqların idarə olunmasında səmərəliliyin artırılması, bu sahədə iştirak edən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkili, sahilboyu ərazilərin qorunması məqsədilə mühafizə və nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq və hesabatlılığın təkmilləşdirilməsini təmin etməkdir.
Fərmanda öz əksini tapmış yeniliklər sırasında sahilboyu ərazilərdə torpaq, tikili, infrastruktur və sair obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlandığı “Rəqəmsal sahil idarəetməsi” informasiya sisteminin yaradılmasıdır.
Digər dövlət informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulan bu sistem həm koordinasiyalı fəaliyyətin təşkili ilə bağlı zəruri inzibati icraat prosedurlarının, eyni zamanda əhaliyə göstəriləcək xidmətlərin rəqəmsal platforma üzərindən təşkilinə imkan yaradacaq.
Əhaliyə, o cümlədən sahibkarlara göstəriləcək xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili nəzərdə tutulur ki, bu da torpaq istifadəçiliyi ilə bağlı məsələlərin daha çevik və distant şəkildə həll edilməsini, inzibati prosedurların sadələşdirilməsini təmin edəcək.
Sahilboyu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırmanın aparılması, ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət sahələrinin inkişafı, turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində vahid yanaşmanın beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiqi nəzərdə tutulur.
Qeyd edilib ki, eyni zamanda, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Bu sahədə qanunsuz istifadə və zəbt hallarının qarşısının alınması üçün hüquqi mexanizmlərin işlənilməsi də nəzərdə tutulur. Görüləcək tədbirlər sahilboyu ərazilərin davamlı inkişafına, ekoloji tarazlığın qorunmasına, şəffaflığın və effektivliyin artırılmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
22 d. əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
26 d. əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
-
1 saat əvvəl
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
- 2 saat əvvəl
-
2 saat əvvəl
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Ən çox oxunanlar
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
Noyabrın 18-də gözlənilən hava şəraiti



























