Azərbaycan istehsalı sikkə və külçələrin qiymətləri məlum oldu - VƏTƏNDAŞLAR ALA BİLƏR
Xəbər verdiyimiz kimi, “AzerGold” QSC Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələri təqdim edib. İlkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib.
"Marja" QSC-yə istinadən xəbər verir ki, növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.
5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək. Satış sabahdan etibarən başlayacaq.
“Marja.az”ın əldə etdiyi məlumata görə, sikkə və külçələrin qiymətləri aşağıdakı şəkildədir:
Sikkələr
5 qr. qızıl sikkə (əyar 999.9) – 700.00 manat
10 qr. qızıl sikkə (əyar 999.9) – 1350.00 manat
20 qr. qızıl sikkə (əyar 999.9) – 2550.00 manat
5 qr. gümüş sikkə (əyar 999.9) – 120.00 manat
10 qr. gümüş sikkə (əyar 999.9) – 190.00 manat
20 qr. gümüş sikkə (əyar 999.9) – 260.00 manat
Külçələr
5 qr. qızıl külçə (əyar 999.9) – 650.00 manat
10 qr. qızıl külçə (əyar 999.9) – 1300.00 manat
20 qr. qızıl külçə (əyar 999.9) – 2500.00 manat
Qeyd edək ki, bu dəqiqələrdə dünya bazarında qızılın unsiyasının (31,1 qram) qiyməti 1330 dollardır (1 qramı 42,8 dollar və ya 72,8 manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 saat əvvəl
"PAŞA Kapital"ın gəlirləri artıb, ötən ili mənfəətlə başa vurub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!
-
6 saat əvvəl
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!
- 6 saat əvvəl