Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®

AzVak-mobil_resmin_ustu_31
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəniş infrastrukturu vasitəsilə həyata keçiriləcəkdir.

Reklam_3_11

Əməkdaşlıq çərçivəsində Agentliyin xidmətlərinə görə ödənişlər onlayn qaydada — bank kartları, Apple Pay və Google Pay daxil olmaqla müasir ödəniş üsulları ilə — sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Hesablaşmalar isə real vaxt rejimində Dövlət Xəzinədarlığı Agentliyinin müvafiq hesabına köçürülür.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə rəqabət mühitinin qorunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas dövlət qurumudur. Bu əməkdaşlıq dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.

"Dövlət qurumlarının ödəniş proseslərinin rəqəmsallaşdırılması bizim strateji istiqamətlərimizdən biridir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi əhəmiyyətli bir qurumun ödənişlərini bizə etibar etməsi infrastrukturumuzun etibarlılığına və komandamızın peşəkarlığına verilən dəyərdir. Məqsədimiz vətəndaşların dövlət xidmətlərinə görə ödənişlərini maksimum rahat və təhlükəsiz etməkdir", — deyə MSolution-un direktoru Emil Abbasov bildirib.

 MSolution haqqında

"Multi Solutions" MMC (MSolution) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatı və texnologiya şirkətidir. MSolution Visa, Mastercard və Google Pay üzrə rəsmi PSP tərəfdaşıdır, PCI DSS təhlükəsizlik standartına və ISO 27001 sertifikatına malikdir.

Şirkətin portfelinə Ədliyyə Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr, bələdiyyə yönümlü ödəniş həlləri, mənzil-kommunal təsərrüfatı birlikləri, Mobil Notariat, myGov, İNVA, Elektron Hərrac Portalı və digər platformalar daxildir. Özəl sektorda onlayn mağazalar, restoran şəbəkələri və digər rəqəmsal xidmət platformaları ilə əməkdaşlıq təcrübəsi mövcuddur. Bu layihələr yüksək əməliyyat həcmi və fasiləsiz iş rejimi tələb edir.

MSolution Multi Solutions MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar Agentliyi elektron pul təşkilatı elektron ödənişlər dövlət ödənişləri dövlət xidmətləri rəqəmsal ödəniş ödəniş infrastrukturu bank kartı ilə ödəniş Apple Pay Google Pay Dövlət Xəzinədarlığı Agentliyi real vaxt ödənişləri Mərkəzi Bank elektron pul lisenziyası PSP Visa Mastercard PCI DSS ISO 27001 fintech Azərbaycan fintech bazarı rəqəmsallaşma dövlət xidmətlərinin rəqəmsallaşdırılması Emil Abbasov onlayn ödəniş nağdsız ödəniş ödəniş sistemi
18.08.2026 18:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19